‏نمایش پست‌ها با برچسب Erməni. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Erməni. نمایش همه پست‌ها

۲/۲۷/۱۳۹۳

Urmiye’də Türk aşıq şerinə əmək verəm Roben Yəqubiyan

Yazar: Əhməd Əsədi
Roben Yaqubiyan (1948-2014)
Urmiye’də Aşıq şeirimizdə çalışan erməni şair Roben Yəqubiyan`in ölümündən 40 gün ötdü...
Roben Yəqubiyan Güney Azərbaycanın Urmiye şəhərinin Naxcıvantəpə kəndində, 1948-ci ildə dünyaya göz açmışdı. O aşıq şeirinə ilgi bəsləyərək bu bölümdə çoxlu yapıt(əsər) yaradmışdır. Robenin təkcə oğlu illər öncə vəfat etdiyi gündən bəri , Münzəvi duruma gələrək ,yalqız və yalnız bir yaşam sürdürməkdə idi. 
Urmiye’li Robenın Şeirlərində ikisi:
Öyrən pərvanədən
Şükür olsun yetdim payi saqiyi meyxanədən
Mey badəsin sər çəkmişəm məst oldum peymanədən
Məst-i çeşmi yar sırrını mən soruşdum bülbüldən
Bülbül dedi mən naşıyam, get öyrən pərvanədən
***
Pərvanə tək eşq oduna bu canım biganədi
Öz ölkəmdə qərib oldum, dörd yanım biganədi
Ölüb bülbül, köçüb bayqu, məkanım biganədi
Gecə-gündüz ban çəkirəm bayqu tək viranədən
***
Viran oldu könlüm evi, batdım möhnət bəhrinə
Bir sonanın sevdasında düşdüm qəmlər nəhrinə
Aşna yarım döndü yada, yandım hicran qəhrinə
Dəli könlüm qeys kimi üzülmür cananədən
***
Cananının fəqir `sevan` çox çəkibdi cəfasın
Fərhad kimi canın qoyub, görməyib yar vəfasın
Bu fənanın hətta bir dəm sürməyibdi səfasın
Gələn gündən sitəm görüb kəsiblər qəmxanədən

Dar oldu
Fələyin əlindən gəldim zinhara
Gen dünya başıma dar oldu dar dar
Murğ-i könlüm ərz-i vüsal eylədi
Qismətim dalında xar oldu xar xar
***
Eşqin sevdasına düşən aşiqəm
Vüsalə yetməyən coşan aşiqəm
Eşqin atəşində bişən aşiqəm
Pərvanəyəm sevdam nar oldu nar nar
***
Biçarə `sevanam` çox çəkdim zəhmət
Murada yetmədim, görmədim ləzzət
Ömrü bada verdim, səbəbi qəflət
Sonunda məskənim qar oldu qar qar
Qar= zağa

۷/۲۵/۱۳۹۲

Urmiye Şəhəri və Çevrəsinin Nüfus Sayımı – 1869


Umud Urmulu
Romik Sarkezians öz Facebook Səhifəsində Urmiye Şəhəri və Çevrəsinin 1869 ci illərdə Etnik və Ulusal Baxımdan Nüfus sayımıla ilgili bir bilgi paylaşmışdır, yayınlanan bu bilgi bir ingilizcə ansiklopediadan alınmışdır. Bildindiği üzərə o devirdə Xristiyan misyonerlər, Avrupa və Batılı din adamları Batı Azərbaycan’da büyük gəl getləri olmuş və Urmiye Şəhəri və Çevrəsində bulunan Etnik və Ulusal Cəmiyyətlərin Öz Ulusal çıxarları yönündə Dəyişdirilməsi üçün büyük çabalar sərf etmişlər. Ancaq paylaşılan bu nilgi Urmiye Şəhəri və çevrəsindəki Etnik və Ulusal Cəmiyyətlərın Sayımı baxımadan o illərə Görə qəbul oluna biləcək durumu Göstərməktədir. Bu tarixsəl bəlgəni incələdiğimizdə Urmiye Şəhərinin nüfus Yapısı o illərdə 92% Türk olduğu və Urmiye Çevrəsinində 65% Türk olması görülməktədir.
Adı çəkilən bəlgənin ingilizcə mətni:
The district has a population of about 125,000 inhabitants of which 31,500 belong to the town of Urmia and 93,500 to the 360 villages.
 The country population is composed of 4 Armenian villages, with 1000 inhabitants; 90 Nestorian villages with about 20000 inhabitants, of whom from 1500 to 2000 are Catholic Chaldeans; 30 villages of Koords (Sunnite Mohammedans), [with] 7,500 inhabitants; 215 Turkish villages (Shiite Mohammedans), [with] 60,000 inhabitants; 21 villages with a mixed population of Chaldees, Armenians, and Mohammedans, [with] 6,000 inhabitants.
The town of Urmia numbers 200 Catholic Chaldees; 600 Nestorian Chaldees; 1000 Israelites; 1500 Sunnites and 28[000] Shiites.
Paylaşılan verilərə bir Baxış:
Tarixsəl bəlgədə olan verilərə Görə Urmiye Şəhərinin nüfusu o illərdə 125,000 nəfər olmuşdur, bu sayıdan 93500 nəfər Urmiye Çevresində (360 kəndə hesaba qataraq) və 31500 nəfər Urmiye Şəhərində yer almaqla birlikdə. Urmiye Şəhərinin Nüfus sayımı ingilizcə mətndə yanlış olaraq 3-5 sayılarının 8’ə bənzədiği üçün 81800 yazılmış və bu yanlışdır. Urmiye Şəhərinin doğru Nüfus sayımı 31500 olubdur, bu sayı Çevrədəki 93500 nəfərin Toplam 12500 dən əksi etdiğimiz zaman ortaya çıxır.
Urmiye Şəhərində Asurilər 200 Katolik Kəldanı, 600 Nəsturidən Oluşmaqdaymış və toplam olaraq 800 nəfər görülməktədir.
Urmiye Şəhərinin Sünni Türkləri 1500 nəfər olaraq veridə görülməktədir, bu sayı olası bütün Sünni Türkləri qapsayırmış. bir neçə il bundan öncəyə qədər Urmiye, Salmas vs kimi Türk şəhərlərdə bulunan Sünni Türklər kürd olaraq göstərilməktəydi, artı Urmiye Şəhəri 19 ci yüz ildən 20 ci yüz ilin yarısına dək Kürd nüfus sayımı baxımdan çox az və görülməyəcək qədər kürdə ev sahibliği yapmışdır. Taixsəl sürəcdə kürdlərın Urmiye və çevrəsində var olma nədənləri köçəri olaraq, Saldırqan, Yağı vs kimi tariximizdə görülməktədir, adı çəkilən sürəcdə Şeyx Abdullah, Simitqu, Azərbaycan milli höküməti vs kimi olaylarda tarixə keçməktədir. Urmiye Şəhəri və çevərinsdəki bugünku kürd nüfus sayımı iran islam devrimi sonrasında devlətin kürd kartini Türklərə qarşı Qullandığından dolayı və Artı Radikal və silahli kürd Örgütlərin bölgəyə tasarladıqları 100 illik plandan dolayı köçəri olaraq yerləşdirilmişdir. ancaq biz bu tarixsəl veri 1500 Sünni sayısını yarı Türk və yarı kürd olaraq hesab etmişik.
Urmiye Şəhərinin Şiiələri (Türk) veridə yanlış olaraq 28000 yazılmışdır,Türk Ələvi və Qızılbaş Nüfusu büyük olasılıqla Şiiələr olaraq hesab olunub və sayıları ayrı verilməmişdir.
Urmiye Çevrəsində 1000 Erməni (4 kənd), Asurilər 20000 nəfər(1500-2000 nəfər bunlardan katolik kəldani olmaqla birlikdə), kürdlər 7500 (30 kənd) və Türklər 60000 nəfər (215 kənd) verilmişdir.
21 kənddə 6000 nəfər Asuri kəldanilər, Erməni və Mohəmmədi olaraq verilmiş. Məhəmmədilər Türk və kürd olabiləcəklərindən dolayı biz bu sayını Türk, Kürd, Erməni və Asurilərdə eşit olaraq paylaşmışıq.
Bilgilər və veriləri Özetlərsək:
bu tarixsəl verilərə dayanaraq Urmiye və Çevrəsində ki kitlələrin Etnik və Ulusal Nüfus sayısını belə söyləyə bilərik:
Türk %91,9 (Şəhər), %64,7 (çevrə) və toplam %71,6
Yəhudilər: %2,3 (Şəhər), 0 (Çevrə) və toplam %8 
Asurilər: %2,5 (şəhər), %23 (Çevrə) və toplam %8,17
kürdlər: %2,4 (Şəhər), %9,6 (çevrə) və toplam %7,8
Ermənilər: %0 (Şəhər), %2,7 (Çevrə) və toplam %2   
Yazının farsca qaynağı:
Mehran Baharli bəyin qonuila ilgili farsca yazısı 
Qullanılan Qaynaq:  https://www.facebook.com/photo.php?fbid=10151362844336344&set=a.429065361343.203745.551706343&type=1&theater

۱۰/۲۷/۱۳۹۱

Urmiye Merkeziyyetinde Ittihad İslam Bayrağı


Araşdırıcı Mehran Baharli – Latin Türkcəyə çevirən Umud Urmulu
Birinci Dünya Savaşı Sırasında Məşrutiyyət Bayrağı hər gün keçdikcə fars-iran-Arya Anlayışını daşımaqdaydı. Bu bayrağın dəyişim zaman keçdikcə Türk kimliyi Göstərməməsi baxımından Türklərə tərəfindən dışlanmaya yol açmaqdaydı ,eləcə həmən illərdə İttihad-i islam Azərbaycan bayrağının yarnmasıla bu bayrağın Türk kimliyi baxımından göstərməməsi üçün birinci tepki və zərbə sayılmaqdadır. Azərbaycanda bu Parti Məcd ül Səltənə Əfşar Urmui Öncülüğündə (8 June 1918 – 1 October 1918) yaranmış, Azərbaycan Partisi İttihad Qafqaz və Kürdistan islam Qoruma cəmiyyəti (Kırmanşah) partilərilə eşdəyər daşımışdır. Urmiye Şəhərində Xəlil Paşa Osmanlı Başçısı İttihad Cəmiyyətinin Batı Azərbaycan Qurtarıcısı və onunla yanısıra Hac Fəzlüllah Nasıhı də öncülük etmişdir. Güney Azərbaycan İttihad islam partisinin Təbriz şəhərində Qafqazlı Yüsüf Ziya Bəy Osmanlı Albayı və Partinin Azərbaycanlı Öndərı Mirza Əli Heyət olmuşdur. Ziya Bəyın kökü Quzey Azərbaycanlı olub və Əbdüllah Şayıq Bakı biliyurdunun Öyrətiməninin Qardaşı olmuşdur. Bu partinin basın Qolu Azərabdiqan olub və Həsən Rəfət və Tağı Rəfət Öncülüğündə Təbrizdə Türkcə həftəlik olaraq yayılmışdır.   
Urmiye Merkeziyyetinde Ittihad İslam Məclis Bayrağı Eynən Osmanlı Bayrağı kimin ancaq Aslan, Günəş və Qılınc(Qızılbaş-Moğul- Səlcuq) Damğalarını Artıraraq yaradılmışdır. Urmiye Şəhərində Yaradılan bu Türk Bayrağı iran Türkləri və Azərbaycan tarixində eşi görülməmişdir və  Təməl Damğa və Düşüncə olaraq ilk Türk Bayrağı sayılmaqdadır. Eləcə Urmiye Şəhərindəki ilk Türk Bayrağı Azərbaycan sınırlarındanki Türklər və Anadolu Türkləri birgə sayan ilk bayraqıdır, bu baxış açısı irandaki Türklərın şiəlik və iranlılıqdan Türk və islama qovuşmasını sağlamışdır. Bu ilk bayraq iranda Türk kimliyi və Güney Azərbaycani Önə çıxarması və önəm verməsi Türk Dünyasi baxımından son dərəcə önəm daşımaqdadır.  
Urmiye’dəki ilk Türk Bayrağından Yaşıl, Ağ və Qırmızı Rənglər alınıb və onların yerinə Əski Türk Bayraqlarında yer alan  bütün Qırmız rəngi yer verilmişdir ancaq ən önəmlisi yenidən Ay Ulduz Damğası bu bayraqda yer almasıdır. Urmiye Ittihad İslam məclisi Bayrağında yer alan Ulduz Osmanlıların Bayrağındanki 5 Köşəli Ulduzla eyni olmuşdu. beş köşəli Əski Türk Dövlətlərində olan Gök Türklərdə qullanılmış və Sültan Əbdülhəmid Dönəmində 8 Köşəli ulduzun yerinı yenidən Qullanmışdır, O dönmədə olan 8 köşəli Ulduz təməl olaraq Səlcuqlu dövlətindən qalmışdır və yeni Türkiyə yarandığı zamanda bayrağında yer almışdır. Eyni illərdə Osmanlı- Səlcuqlunun 8 köşəlı Ulduzu Quzey Azərbaycan”da Məhəmməd Əmin rəsulzadə öncülüğndə yaranan Xalq Cumhuriyyəti bayrağnda yer almışdır.  
Erməni Savaş və Qırğınları və ismayıl Simku kitabında Ittihad islam- Azərbaycan bayrağı haqqında belə yazmaqdadır. 
Erməni və Asurilər Saldırdıqları Türklərın qarşısında dayana bilməyərək Salams bölgəsindən qaçaraq Urmiye bölgəsınə sığındılar,Osmanlı Əsgərləri isə quşçu bölgəsinə dək yaxınlaşaraq erməni və Asurilərlə çatışmaya hazirlanmaqdaydilar. Türk Əsgərləri gəldiğində Erməni və Asuri Əsgərlərinin sanki qanları Donmuş kimin görülməktəydilər. Türk Əsgərlərinin bir Bölümü Urmiye Şəhərinə gedərək orada Saldıran Erməni və Asurilərı Şəhərdən uzaqlaşdırmağı bacarmışlar. Bu olaydan sonra Erməni və Asurilər Bağdada tərəf yönlənib və iranin böyük bölümündən Qaçqın oldular. Türk Əsgərləri Erməni və Asuri Əsgərləri saldırısı qarşısında çox böyük bir igidlik yaparaq bölgə də bir tarixi yazmış oldular.
Urmiye Dışında Osmanlı Əsgərlərı Təbriz, Xoy və Salmasda qalaraq bölgə insanilə çox yaxşı davranmağı görülməktəyid, adını çəkdiğimiz hər şəhərin birində bir Ittihad İslam Məclisi quraraq insanları bir araya toplamaya çalışılırdı...  Türklər Azərbaycan’a Gəldikləri zaman insanları bir arada tutmaya və toplamağa çalışırdılar. Osmanlıların amacı islam dinini qəbul edənlərı bir çatı altında tutumaq olub və Xristiyanlar kimin bütün dinsəl fərqliklərdə bir sıra bəllı qavramları ortaqlaşdırmaq olmuşdur, onlar bu düşüncəyə görə Ittihad İslam məclislərının hər bir şəhərdə yaratmaqdaydilar. Bu ortaqlıq Qafqazda illər öncə Sunni-Şiələr arasında gərçəkləşmışdır. 
Bir Gecə Urmiye şəhərində olan Ittihad İslam məclisi toplantılarından bizədə çağrı olmuş, bu toplantıda islam birliği və Müsalmanların gələcəyi haqqında sevimli bilgilər sunulmaqdaydi...
Urmiye Şəhərində ki insanlarda Öz kimlik və dillərini daşıyan birilərinə yaxşı baxıb və yaxınlaşaraq bu bölgənin böyük Türk Ulusunun bir parçası olduğunu qanıtlamaya çalışmaqdaydilar.

۱۰/۱۴/۱۳۹۱

Bilinmeyen Urmiye Soyqırımı 1918


Erməni çətələri və onların işbirlikçiləri February– June 1918 tarixində Güney Azərbaycanin Urmiye, Xoy, Salmas, köhnə şəhər vs kimin şəhərlərin Türklərə Qarşı bir soyqırım gərçəkləşdirmişlər.
Tarixsəl Erməni Qırğınları yanlız Quzey Azərbaycan Türkləri və Türkiyə yox bəlkə Güney Azərbaycan Türklərində amaclamışdır. 
Güney Azərbaycan’da Türk Soyqırımı iran’da Türk dövlətçilik gələnəyinin ortadan Qalxması və Fars Egemənliğinin başlamasıyla Eş zamanlı olduğu üçün bugünədək Gündəmə gəlməmişdir.
I. Dünya Savaşı sırasında Güney Azərbaycanın Batısında Osmanli Dövlətilə sınır olan Urmiye, Salmas, Xoy kimin Türk bölgələri Ermənı  və Asuri Silahli çətələrının amacı olaraq bir Xırıstıyan Dövlət yaranması üçün minlərcə Türkə Qarşı Qırğın gərçəkləşmişdir.   
Rus Ordusu 1917’də Savaşdan çəlilincə Silahlarini Erməni və Asuri çətələrinə bıraxaraq Türk Qırığınının yaşanmasına dolaylı olaraq dəstək olmuşlar, Rusların dışında ingiliz və Amerika’nin Urmiye Başkonsolosu və Başmisoner Dr. Shed’in də yardımıyla böyük bir Ordu oluşduraraq Güney Azərbaycanin Urmiye, Salmas, Xoy və Batı Bölgələrinə Saldırıb bir Türk Soyqırımı yaşadmışlar. Erməni və Asuri Silahli çətələri bu Qırğından sonra 24 saat içində Urmiye şəhərinin boşaltılmasını istəmişlər və ötə yandan Salams şəhərinə keçərək eyni Türk və Müsəlman soyqırımını gərçəkləşdirmişlər. 
Osmanlı’dan Qaçan 12000 Ailə Cilov, 2000 Ailə Yerli Erməni – Asuri və 5000 İrəvan Ermənisi, 800 Rus və 72 Fransız Subayı Əmrindəki 20 min kişilik Denəyimli və Donanımlı Ordu, rus Başkonsolosu Nikitin və ABD Başkonsolosu Shed’in siyasi yardımı və Gizli Fransız – ingiliz Dəstəyilə yerlı Türk – Müsəlman insanları öldürüb və bir Xırıstıyan Dövlət Xəyalıyla bir Türk Soyqırımı gərçəkləşdirmişlər.
February 1918’dən June 1918’ə qədər ən azı 130.000 Türk və Müsəlman Erməni və Asuri silahli çətələri tərəfindən Öldürülmüşdür. Silahli Erməni və Asuri çətələrin Amacı bölgədki Osmanlı birliklərinin bu bölgədə iləriləməsini əngəlləmək və Dış güclər yardımıyla bir Erməni Dövləti qurmaq olmuşdur. Bu Qorxunx Türk – Müsəlman Soyqırımı yaşandıqdan sonra  June 1918’də Osmanlı Ordusu Güney Azərbaycan’nın adı keçdiği bölgələrı Silahli Erməni və Asuri çətələrindən Arındırmışdır və Tarixsəl Qaynaqlarda yer aldığı kimin bölgədə ki Türklər Osmanlı Əsgərlərini Dil –kimlik baxımından özlərınə yaxın saydıqları üçün onları yaxşı qarşılamışlar.