۳/۰۱/۱۳۹۰

Kâf-i Türkî, Nun-i Ğünnә, Sağır N, Gәniz N, Kәf-i Nun, Kâf-î Nun, Nazal N

Mehran Baharli - Türkcәdә üç nazal sәs vardır: Mm, Nn, Ññ. Kâf-i Türkî, Nun-i Ğünnә, sağır N, Gәniz N, Kәf-i nun, Kâf-î nun, Nazal N adlandırılan Ññ sәsi burunun dәrinliklәrindә gәniz yaxınlarından, burun vә ağız boşluğunun arxa bölümündәn çıxardılan, N, G vә Ğ bilәşgәsindәn oluşan bir sәsdir.
Ññ sәsi Türkcәnin әn әski çağlarından bu dildә var olan bir sәsdir. Bu sәs, bayrı (әn әski) vә әski Türkcәyә әk olaraq, Sümer kimi prototürk olduğu savlanan (iddia edilәn) dillәrdә, habelә Türk görkül (әdәbi) vә köklәşik (kilasik) bәtiklәrdә (mәtinlәrdә) var olmuşdur.
Ññ sәsinin uğradığı dәyişimlәr
Çağdaş Türkiyә Türkçesindә gәniz Ñ sәsi aşağıdakı dәyişimlәrә uğramışdır:
G`yә: Öñ -> Ög (bir sıra lәhcәlәrdә)
M`yә: Qoñşu -> Komşu, Doñuz -> Domuz, Köyñәk -> Gömlek, Oñurqa -> Omurga
……

Güney Azәrbaycan vә İranda gәniz Ñ sәsi aşağıdakı dәyişimlәrә uğramışdır:
N`yә: Yüñ -> Yün, Hañısı -> Hansı (Hañısı -> Hanısı -> Hansı), Dәñ -> Tәn, Kәñәş -> Gәnәş
Ğ`yә: Doñuz -> Doğuz (Tәbriz), Bañırmaq -> Bağırmaq, Moñul -> Moğul, Toñuç -> Doğuş
Q`yә: Yalıñız -> Yalqız
Nq`yә: Qaranquluq, Anqırmaq
Y`yә: Köñül -> Göyül, Gәlirәñ -> Gәlirәy, Añlamaz -> Aynәmәz (Әzәndәriyan, Hәmәdan, Güney Azәrbaycan)
M`yә: Süñük -> Sümük
V`yә: Başıña -> Başıva (Tәbriz, Kәrkük, Van)
Bir sıra yerlәrdә isә Ñ sәsi bütünüylә düşmüşdür: Soñra -> Sora, Tañrı -> Tarı, Gәldiñiz -> Gәldiz, Atañız -> Ataz, Sañkı -> Sakı (sankı), Әliñiz -> Әliz, Diliñiz -> Diliz, Sıñarı -> Sarı (Sıñarı -> Sañarı -> Sañrı -> Sanrı -> Sarı. (–i, yiyәlik son әkidir).
Bә`zi durumlarda hәr iki biçim qorunmaqda vә işlәdilmәkdәdir: Yeni (yazı dilindә) - Yeñi (ağızlarda), Yalnız – Yalqız, Donquz-Doğuz, ….
Bә`zi durumlarda sağır Ñ`yә sâhib olan bir kök, türәvlәrdә iki ayrı dәyişikliyә uğramışdır. Örnәyin Bañ kökündәn çağdaş dilimizdә Ban vә Bağırmaq sözlәri törәmişdir. (Bañırmaq -> Bağırmaq)
Sağır Ñ, çağdaş Türkcәnin tәmәl sәslәrindәn biridir
Bu sәs Türkiyәdә İç Anadolu bölgәsinin gәnәlindә, yaxlaşıq bütün batı lәhcәlәrindә, güney batı Anadoluda, Istanbul bölgәsindә qorunmuş vә sıxlıqla qullanılan bir sәsdir (Adana, Kayseri, Kırşehir, Kütahya, Nevşehir, Niğde dolaylarında). Antalya vә Göller çevrәsi şivәsinin isә tәmәl daşlarından biridir.
Gәniz Ñ sәsi Azәrbaycan vә İranda şәhәrlәrin bir çoxunda unutulmuşdur. Ancaq buna qarşın Türkcәnin bir çox çağdaş lәhcәsindә özәlliklә kәndlilәr, oymaqlar vә yaşlılar arasında işlәkdir. Bu sәsin var olduğu bölgәlәrdәn Quzey Azәrbaycanın Qazax, Qarabağ, Gәncә, Ayrım, Nuxa, Zaqatala, Qax, …., Güney Azәrbaycanın Sava, Sulduz, …. İranın güneyindә Qaşqay, Xorasanın Sәri vilayәt, Bam sәfiabad, Cölgәrux, Gәrivan, Bocnurd, Cüveyn çağata, …. Bölgәlәridir.
Örnәyin Güney Azәrbaycanın Sava bölgәsindә Yüñ (Yün), Öñ (Ön), Bәñzәmәk (Bәnzәmәk), Geñ (Gәn), … olaraq söylәnir. Xorasan vә Qaşqay ağız vә lәhcәlәrindә gәniz Ñ sәsi fe`l әklәrindә vardır. Örnәyin Aldıñ (Aldın).
Dilimizin bir çox lәhcәsindә sağır Ñ sәsi dil bilgisinin tәmәl daşlarındandır. Örnәyin:
1-İkinci şәxs yiyәlik әki almış kәlmәlәrin yönәlmә halı (Urmu, Azәrbaycanın batı bölgәsindә bir çox yerdә, Türkiyәdә Qars, Tәrәkәmә, Ordu): Eviyәñ (Evinә anlamında), Qapıyañ (Qapına anlamında), Әliyәñ (Әlinә anlamında), Yanıyañ (yanına anlamında)
2-İkinci şәxs yiyәlik әki almış kәlmәlәrin yüklәnmә halı (Urmiye, Azәrbaycanın batı bölgәsindә bir çox yerdә, Türkiyәdә Qars, Tәrәkәmә, Ordu): Eviyiñ (Evini anlamında), Әliyiñ (Әlini anlamında), Qapıyıñ (Qapını anlamında)
Gәniz Ñ sәsi Azәrbaycan Türkcәsi ilә Türkiyә Türkçesindәn başqa bir çox Türkül (Turkic) dilindә (Türkmәncә, Tatarca, Özbәkçә, ….) vә Qibris Türkçesindә varlığını sürdürәn bir sәsdir.
Kâf-i Türkî vәya gәniz Ñ, әski Türkcәdәn Farscaya geçmiş bir çox kәlmәdә qorunmuşdur. Örnәyin بانگ (çağdaş Türkcәdә Ban, Bañırmaq-Bağırmaq), كنگاش (çağdaş Türkcәdә Gәnәş), درنگ  (Dirәnmәk fe`lindәn),  سنگر (Sәngimәk fe`lindәn), خدنگ, تنخواه  (Taña), دانگ, …
Ññ vә yeni Türk latın әlifbamız
Gәniz Ñ sәsi Orxun әlifbasında özәl bir hәrflә göstәrilmişdir. Türkcәnin yazılması üçün qullanılan Uyqur vә Bırahmi yazılarında da bu sәs, N sәsini göstәrәn hәrfdәn ayrı olaraq göstәrilirdi. Sağır Ñ sәsi Әrәb kökәnli әlifbada çeşitli dönәmlәrdә نگ نق نك vә bә`zәn dә üç nüqtәli ڭ ilә göstәrilmişdir. Çağdaş Әrәb kökәnli Türk abecesindә isә نگ-نق biçimindә göstәrilir.
Yirminci yüzilin başlarında Quzey Azәrbaycanda qәbul olunan latın әlifbasında bu sәs göz önündә bulundurulmuş vә özәl bir işarәtlә әlifbaya dâxil edilmişdi. Necә ki Musavat dönәmi vә sonrasında 1922dә Yeni Türk Әlifba Ķomitәsinin qәbul etdiyi Türk latın abecesindә Sağır Nun adı ilә dә öz yerini almış vә (ᶇ) işarәti ilә göstәrilmişdir. 1927dә Bakıda yapılan ilk Türkoloji qurultayında qurulan Türk Әlifbası Mәrkәz Ķomitәsincә mәnimsәnәn ortaq Türk әlifbasında da (Birlәşdirilmiş Yeni Türk Әlifbası) sağır vәya gәniz Ñ sәsi özәl bir hәrflә (ᶇ) göstәrilmişdi (baxınız bu yazıdakı görütlәrә).
Ancaq çağdaş Türkcәdә var olmasına qarşın, bugün Türkiyә vә Azәrbaycan cumhuriyәtlәrinin latın әlifbaları ilә әdәbi vә yazılı dillәrindә sağır vәya gәniz Ñ sәsinә yer verilmәyip, ona yalnız lәhcә vә ağızlarda yaşama haqqı tanınmışdır.
Türkiyәdә Hәrf devrimindәn sonar gәniz Ñ`si gәrәksiz görülәrәk yeni Türk alfabe vә yazılı dilinә alınmamış vә qullanılmasına son verilmişdir. Onda sonna da illәr boyu öksüz vә ögey muamilәsi görmüşdür.
Sağır vәya gәniz Ññ sәsinin latın әlifbasında göstәrilmәsinin yararları
Azәrbaycan vә Türkiyә budunclarının (cumhuriyәtlәrinin) latın abecәlәri, Güneydә gözü qapalı qәbul edilmәmәli, bu iki ölkәnin deneyimlәrindәn yararlanaraq, İran vә Güney Azәrbaycan Türklüyünә daha düzgün, daha mәntiqli vә daha әksiksiz bir abece düzәnlәnip yaradılmalıdır. Oluşdurulduqdan sonra da Güney Azәrbaycan vә İran Türklәrinin latın abecesi sürәkli olaraq gözdәn geçirilmәli vә yalnız Türk dilinin özәllik vә gәrәksinimlәri tәmәlindә gәlişdirilmәlidir. Oysa Türkiyәdә vә Azәrbaycanda uzun sürә öncә latın abecesinә geçilmәyә rәğmәn, qәbul edilәn alfabelәr Türkcәnin fonetik gәrәksinimlәrini tam olaraq qarşılayabilmәmişdir.
Mәncә dilimizdә var olan sağır vәya gәniz Ñ sәsinin latın әlifbasında göstәrilmәsi bir neçә açıdan yararlı hәtta gәrәklidir:
1-Sağır Ñ sәsi bölgәmizdә Türklәrә özgü bir sәsdir vә örnәyin qonşu İranic (Îrânî) dillәrin heç birindә bulunmaz (Bu sәsin Hәmәdan Farscası kimi Farscanın bir sıra ağızlarında bulunması, Türkcә etgisindәndir). Bu sәsin bugün dә dilimizdә var olması, bizim Türk olduğumuzu danan Fars devlәti vә paniranistlәtә qarşı sunabilәcәyimiz, dilimiz vә xalqımızın (budunumuzun) bayrı vә әski Türkcә ilә Türklәrә bağlı olduğunun әn sağlam qanıtlarından biridir. Bu sәsin әlifbamıza alınmasının Türk xalqını Fars vә İrânî soy-geçmişdәn ayrışdıran bir işlәvi vardır.
2-Sağır Ñ sәsi bu sәsә sâhib olan әn әski vә әski Türkcә bәtiklәrin (mәtinlәrin) yazıp oxunmasını qolaylaşdırdığı kimi dәqiqlәşdirәr.
3-Sağır Ñ sәsinin Türk latın әlifbasında özәl bir hәrflә göstәrilmәsi Türk dilinin İran vә Azәrbaycandakı çağdaş lәhcәlәrindә (Sava, Sulduz, Qaşqay, Xorasan, Quzey Azәrbaycan, ….) yaranan vә yaranmaqda olan görkül (әdәbi), köklәşik (kilasik) vә folklor yapıtlarının sәbt vә oxunuşunu qolaylaşdırmaq (asanlaşdırmaq) vә irimlәşdirmәk (dәqiqlәşdirmәk) kimi işlәvlәri vardır.
4-Oluşdurulacaq yeni latın abece, Azәrbaycan Türklәrinin bütün altquruplarını- İranın quzey batısı (Güney Azәrbaycan), İranın güneyi (Qaşqayurd), İranın quzey doğusu (Afşaryurd) vә Iraq Türkman ucqarobamızı (diyasporamızı) qapsayacaq biçimdә tasarlanıp düzәnlәnmәlidir. Onların ehtiyaclarını göz önündә bulundurmalı vә daha da önәmlisi onların qatqısı ilә, onlarla birgә oluşdurulup gәlişdirilmәlidir. Ancaq indiyәcәn bu önәmli qonuya gәrәkәn özәn göstәrilmәmişdir. Bu açıdan, Qaşqay ucqarobamızın gәnclәrinin mәnimsәdiklәri öz latın әlifbalarına aldıqları vә özәl bir hәrflә (Engma Ŋŋ) ilә göstәrdiklәri sağır Ñ sәsinin eynәn Azәrbaycan latın әlifbasında da alınması vә göstәrilmәsi yaşamsal önәmә sâhibdir. Bu yapılmaz isә, Türk xalqının milli birliyi zәrәr group, xalqımızın iki әlifbalı ayrı etnik quruplara bölüşmәsi tәhlikәsi doğar.
5-Bә`zi şәxslәr dilimizә yeni bir sәsin artırılmanısa qarşı olduqlarını söylәyirlәr. Ancaq burada kimsә dilimizә hәtta әdәbi vә ölçün (me`yar) Türkcәyә yeni bir sәs artırılmasını istәmir. Çünkü sağır Ñ sәsi zâtәn bugün dә dilimizdә vardır. Burada istәnilәn şey, dilimizdә var olan bir sәsin әlifbamızda da özәl bir işarәtlә göstәrilmәsidir. Amac, әski mәtinlәr, lәhcә vә ağızlarda yaradılan әsәr vә mәlzәmәni sәbt edәrkәn bunlarda gәrәkli olduğu durumlarda işlәdilәn Ñ sәsini göstәrmәk üçün olanaq yaratmaqdır.
6-Daha az önәmli olmaq üzәrә, Ñ sәsinin göstәrilmәsi bir sıra dilbilgisi alanındakı qarışıqlıqları önlәyәbilәr. Örnәyin ikinci vә üçüncü tәkil şәxslәri ayırt etmәk üçün: “Gәldiyini” biçimindә yazılan kәlmәnin iki anlamı olabilәr. Bu anlamlar Ñ qullanıldığı durumda qoyalca bir birindәn ayırt edilir: “Sәnin gәldiyiñi” ya da “onun gәldiyini”. Ya da genetiv (-i halı) ilә ikinci tәkil şәxs yiyәlik әkini ayrıt edәbilmәk üçün: “Adamın” olaraq yazılan kәlmәnin iki anlamı vardır ki Ñ qullanılsa bunlar bir birindәn qolaylıqla ayırt edilәbilәr: “Adamın әli” vә “Sәniñ adamıñ”.
Yuxarıda söylәnәnlәrin ışığında mәncә Ññ biçiyinin Türk latın abecesinә әklәnmәsi yerindә bir davranış olacaqdır. Dilimizdә var olan bu sәs üçün, fonetik vә yenicil (modern) әlifbamızda da ayrıca vә özәl bir hәrf olmalıdır. Almanca әlifbasında iti vәya kәskin S hәrfinә (ß) yer verildiyi kimi.
Türk әlifbasının (Azәrbaycan-İran) bütünlәşdirilmiş latın abecesi: Otuz dörd biçik vә bir him (işarәt)
Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Iı, İi, Jj, Kk, Ķķ, Ll, Mm, Nn, Ññ, Oo, Öö, Pp, Qq, Rr, Ss, Şş, Tt, Uu, Üü, Vv, Xx, Yy, Zz, ‘
Gәrçәyә Hu