۱۰/۲۲/۱۳۹۰

Urmiye Şəhərinin ilk Dərgisi


Fəryad Urmiye Şəhərində Türk və fars dillərində çıxan ilk Dərgidir. Dərginin sahabi Şafaq və Buqələmun Dərgilərinin Sorumlusu Mirza həbniballah Xan Ağazadə və başyazaraı Mirza Məhəmud Xan Gənizadə Salmasidir.
Fəryad Dərgisi Urmiye’də 1907 (1325 Köçsəl-Aysal ili) həftəlik olaraq 23 Sayı və hər sayıda 4 səhifə hazırlanıb yayınlanmışdır. Fəryad Dərgisinin Urmiye Şəhərində illik Abonəsi 12 Gıran və Başqa şəhərlədə 18 Gıran, Rusya 4 Manat, Türkiyə üçün 50 Quruş, Avrupada 12 Frank və tək satışı qiyməti 4 Şahidir.
Məhəmməd Əmin Rəsulzadə’nin Verdiği bilgilərə Görə, Fəryad Dərgisi yarı farsca, yarə Türkcə bir Dərgi olub və Söhbət Dərgisindən daha öncə yayılmışdır.
Fəryad Dərgisinin birinci sayısının baş Yazısından Dərginin tuttuğu yol açıqlanmaqdadır. Məqalə Yazarı "biz nə Sosyalistik, nə də Anarşist, Biz iran millətinin Mutluluğu və Gəlişməsini istəyirik" diyə Dərginin ılımlı bir Ölçüdə hərəkət edəcəği və eyni zamanda yenilkçi olduğunu açıqca ifadə etməkdədir. Yazar məqalənin başqa bir yerində millətin gəlişimi və dövlətin bağımsızlığından başqa bir şey düşünmədiklərinin ifadə etmişdir. 
Fəryad Dərgisinin 2 ci sayısından elan başlığı altından farscada belə açıqlama verilmişdir:
Fəryad Dərgisinin birinci sayısı dağıtılırkən bəziləri onu almaqdan çəkinmişlər. bəziləri isə indiyə qədər Dərgi Görmədikləri üçün heyrət edib qorxuya sığınaraq geri çəkilmişlər. Urmiye Şəhərindəki ilk Dərgi olduğu üçün Fəryad Dərgisinin ilk sayısını sayğılı Bəylərə təqdim etmişdik. 2 ci sayısını Göndərdikdə nsonra Dərginin bəyənmədikləri Təqdirdə hər iki sayısının da pulunu Göndərsinlər və Sayın M.A. Diməqaniyə Dərgi Göndərilməsin diyə bilgi versinlər.
Fəryad Dərgisi hər nə qədər iki dilli bir Dərgi sayılsada yazıların böyük çoxu farsca yazılar olmuşdur. V.Mustafayrvin verdiği bilgilərə Görə, Fəryad Dərgisinin 4,5,7,10,12,13,14,18 və 22 sayıları yanlız farsca yayınlanmış, başqa sayılarda isə Türkcə yazılar dərginin balaca bir bölümündə yer almışlar.
Dərgi iran Əhalisini tək bir Millət olaraq Göstərilərkən Azərbaycan’ın Dili, Əkinci, ötəki və onunn Ulusal yararlarından kəsinliklə söz edilməməkdədir. Yanlız, istisna olaraq Dərginin 9 ci sayısından (5 May 1907) Xitabə, Türk Gənclərinə başqa bir yazı yayınlanmışdır və yazıda Yaşasın Türk Gəncliyi!, Yaşasın Azərbaycan! Sloganlarıyla sona çatmışdır.
Urmiye Şəhərinin ikinci Dərgisi Fərvərdindir. Dərgi 1911 (1329 Köçsəl-Aysal ili) ilində Fəryad Dərgisinin Sorumlusu Həbiballah Ağazadənin Yönətimi və Məhəmməd Əşrafzadənin Başyazarlığından Güney Azərbaycanın Urmiye Şəhərində Yayınlanmışdır. Bu Həftəlik toplam 28 sayıda çıxıb anaq Dərginin hansı dildə olduğu qonusundan çeşidli düşüncələr var. M.A Tərbiyyət, Dərginin Diliylə ilgili heç bir bilgi verməzkən Rabino, Cəlili, Rüstəmova və Məcidi onun Tamamıyla Türkcə olduğunu, M.Ə Rəsulzadə isə onun sadəcə Türkcə bir Sütunu olduğunu bildirbdir. Kəsinliklə Dərgidə Türkcə yazılar yayılıb anacq nə qədər olduğu haqqda kəsin bir bilgi yoxdur.
Fərvərdin Dərgisi Urmite Demokrat vəya Sosyal-Demorkat firqəsinin organı olub Rusyanın Siyasal insanları Əleyhinə və Məşrutiyyət leyhinə yazılar geniş yer vermişdir. Dərginin başyazarı Məhəmməd Əşrafzadə Təbrizin adlım və Zəngin ailələrindən olaraq Dirənişçi bir psikolojiyə sahib olubdur. Yazarın bir çox yazısı baqşa Drəgilərdə yayılaraq yaşamını mücadiləilə geçirmişdir. Sonunda Gənc yaşlarından Kirmanşah Şəhəri yaxınlıqlarından Silahlı şəxslər tərəfindən saldırıya uğrayaraq öldürülmüşdür.
Urmiye Dərgisi
Azərbaycan Demokrat Firqəsinin Urmiye Qolunun Organı olaraq Urmiye Şəhərində Türkcə yayınlanmışdır. Ebu Torabiyan, Urmiye Dərgisinin il kəz 4 Bəhmən(24 Ocaq) 1946 da Çıxtıdığını yazar. Urmiye Dərgisilə ilgili çox bilgili əldə yoxdur anacq, Envər Uzun’a Görə Həftədə iki dəfə və toplam 25 sayı yayınlanmışdır. Cəlili isə Dərginin Həftəlik olduğunu yazır.     
Qaynaq: 19 Yüzyılından Günümüzə iranda Türkçə Basın – Yatyın Hayatı, Yazar. M.Rıza Heyet

۱ نظر: