۱۰/۲۷/۱۳۹۱

Urmiye Merkeziyyetinde Ittihad İslam Bayrağı


Araşdırıcı Mehran Baharli – Latin Türkcəyə çevirən Umud Urmulu
Birinci Dünya Savaşı Sırasında Məşrutiyyət Bayrağı hər gün keçdikcə fars-iran-Arya Anlayışını daşımaqdaydı. Bu bayrağın dəyişim zaman keçdikcə Türk kimliyi Göstərməməsi baxımından Türklərə tərəfindən dışlanmaya yol açmaqdaydı ,eləcə həmən illərdə İttihad-i islam Azərbaycan bayrağının yarnmasıla bu bayrağın Türk kimliyi baxımından göstərməməsi üçün birinci tepki və zərbə sayılmaqdadır. Azərbaycanda bu Parti Məcd ül Səltənə Əfşar Urmui Öncülüğündə (8 June 1918 – 1 October 1918) yaranmış, Azərbaycan Partisi İttihad Qafqaz və Kürdistan islam Qoruma cəmiyyəti (Kırmanşah) partilərilə eşdəyər daşımışdır. Urmiye Şəhərində Xəlil Paşa Osmanlı Başçısı İttihad Cəmiyyətinin Batı Azərbaycan Qurtarıcısı və onunla yanısıra Hac Fəzlüllah Nasıhı də öncülük etmişdir. Güney Azərbaycan İttihad islam partisinin Təbriz şəhərində Qafqazlı Yüsüf Ziya Bəy Osmanlı Albayı və Partinin Azərbaycanlı Öndərı Mirza Əli Heyət olmuşdur. Ziya Bəyın kökü Quzey Azərbaycanlı olub və Əbdüllah Şayıq Bakı biliyurdunun Öyrətiməninin Qardaşı olmuşdur. Bu partinin basın Qolu Azərabdiqan olub və Həsən Rəfət və Tağı Rəfət Öncülüğündə Təbrizdə Türkcə həftəlik olaraq yayılmışdır.   
Urmiye Merkeziyyetinde Ittihad İslam Məclis Bayrağı Eynən Osmanlı Bayrağı kimin ancaq Aslan, Günəş və Qılınc(Qızılbaş-Moğul- Səlcuq) Damğalarını Artıraraq yaradılmışdır. Urmiye Şəhərində Yaradılan bu Türk Bayrağı iran Türkləri və Azərbaycan tarixində eşi görülməmişdir və  Təməl Damğa və Düşüncə olaraq ilk Türk Bayrağı sayılmaqdadır. Eləcə Urmiye Şəhərindəki ilk Türk Bayrağı Azərbaycan sınırlarındanki Türklər və Anadolu Türkləri birgə sayan ilk bayraqıdır, bu baxış açısı irandaki Türklərın şiəlik və iranlılıqdan Türk və islama qovuşmasını sağlamışdır. Bu ilk bayraq iranda Türk kimliyi və Güney Azərbaycani Önə çıxarması və önəm verməsi Türk Dünyasi baxımından son dərəcə önəm daşımaqdadır.  
Urmiye’dəki ilk Türk Bayrağından Yaşıl, Ağ və Qırmızı Rənglər alınıb və onların yerinə Əski Türk Bayraqlarında yer alan  bütün Qırmız rəngi yer verilmişdir ancaq ən önəmlisi yenidən Ay Ulduz Damğası bu bayraqda yer almasıdır. Urmiye Ittihad İslam məclisi Bayrağında yer alan Ulduz Osmanlıların Bayrağındanki 5 Köşəli Ulduzla eyni olmuşdu. beş köşəli Əski Türk Dövlətlərində olan Gök Türklərdə qullanılmış və Sültan Əbdülhəmid Dönəmində 8 Köşəli ulduzun yerinı yenidən Qullanmışdır, O dönmədə olan 8 köşəli Ulduz təməl olaraq Səlcuqlu dövlətindən qalmışdır və yeni Türkiyə yarandığı zamanda bayrağında yer almışdır. Eyni illərdə Osmanlı- Səlcuqlunun 8 köşəlı Ulduzu Quzey Azərbaycan”da Məhəmməd Əmin rəsulzadə öncülüğndə yaranan Xalq Cumhuriyyəti bayrağnda yer almışdır.  
Erməni Savaş və Qırğınları və ismayıl Simku kitabında Ittihad islam- Azərbaycan bayrağı haqqında belə yazmaqdadır. 
Erməni və Asurilər Saldırdıqları Türklərın qarşısında dayana bilməyərək Salams bölgəsindən qaçaraq Urmiye bölgəsınə sığındılar,Osmanlı Əsgərləri isə quşçu bölgəsinə dək yaxınlaşaraq erməni və Asurilərlə çatışmaya hazirlanmaqdaydilar. Türk Əsgərləri gəldiğində Erməni və Asuri Əsgərlərinin sanki qanları Donmuş kimin görülməktəydilər. Türk Əsgərlərinin bir Bölümü Urmiye Şəhərinə gedərək orada Saldıran Erməni və Asurilərı Şəhərdən uzaqlaşdırmağı bacarmışlar. Bu olaydan sonra Erməni və Asurilər Bağdada tərəf yönlənib və iranin böyük bölümündən Qaçqın oldular. Türk Əsgərləri Erməni və Asuri Əsgərləri saldırısı qarşısında çox böyük bir igidlik yaparaq bölgə də bir tarixi yazmış oldular.
Urmiye Dışında Osmanlı Əsgərlərı Təbriz, Xoy və Salmasda qalaraq bölgə insanilə çox yaxşı davranmağı görülməktəyid, adını çəkdiğimiz hər şəhərin birində bir Ittihad İslam Məclisi quraraq insanları bir araya toplamaya çalışılırdı...  Türklər Azərbaycan’a Gəldikləri zaman insanları bir arada tutmaya və toplamağa çalışırdılar. Osmanlıların amacı islam dinini qəbul edənlərı bir çatı altında tutumaq olub və Xristiyanlar kimin bütün dinsəl fərqliklərdə bir sıra bəllı qavramları ortaqlaşdırmaq olmuşdur, onlar bu düşüncəyə görə Ittihad İslam məclislərının hər bir şəhərdə yaratmaqdaydilar. Bu ortaqlıq Qafqazda illər öncə Sunni-Şiələr arasında gərçəkləşmışdır. 
Bir Gecə Urmiye şəhərində olan Ittihad İslam məclisi toplantılarından bizədə çağrı olmuş, bu toplantıda islam birliği və Müsalmanların gələcəyi haqqında sevimli bilgilər sunulmaqdaydi...
Urmiye Şəhərində ki insanlarda Öz kimlik və dillərini daşıyan birilərinə yaxşı baxıb və yaxınlaşaraq bu bölgənin böyük Türk Ulusunun bir parçası olduğunu qanıtlamaya çalışmaqdaydilar.

هیچ نظری موجود نیست:

ارسال یک نظر