Dr.Abbasali DJVADİ
Bu yazı Türk Dünyası Dərgisinin June 1987 ci sayısında "Azerbaycan Türkçesi'nin Adlandırılıması hakkından bazi Notlar" adıylıa yayılmışdır, Görüldüğü kimin illərdir boyu Türkcə Dilimiz və Türk kimliyimiz çeşidli yönlərlə dartışma qonusu olub və sevinərək doğruya yaxın bir qavramlar üzərində də yüz illər öncə bilə Anlaşdığı bugün görülməktədir. Görüldüğü kimin Bizim Ana dilimizin adı yanlız və yanlız Türkcə yoxsa Türk dili söylənilməktədir və ardı bütün qavramlar çox sayıda yanlışlıqlar içərməktədirlər.
- Sənin Millətin nə?
- mən Müsəlmanam, eyni zamanda da Türkəm.
- Osmanlısan?
- yox, Bicanlıyam.
-Bicanlıların vətənı hara olur?
- bildiğin kimin Arazın O tayında Azərilər, bu tayında isə Bicanlılar yaşamaqdadır. Bunların ikisi birlikdə Azərbaycanlılar’I oluşdurur. Lakın biz tək Baışna Bicanlıyıq.
- Dilin Türkcə, yanı sən Türk sən?
- Məmin durumumu tək bir qavramla anlatmaq olmaz. Mə Türkəm, ancaq Bicanlıyam.
- E, o zaman sən Bicanlı Türk olmaq yerinə nədən Azərbaycanlı Türk deyib və sorunu çözməyirsən?
Üstdə yazılan dartışmalar 1891 ilində Bakıda yayınlanan Kəşkül Dərgisinədən alınmışdır, ancaq 100 il keçməsinə rağmən Arazın o tayı və bu tayındakı Ulus bu sorunu çözüb aşmış dəyillər!.
Bugün bir iran Azərbaycanlı’sına Soruşsanız dilini Türki və kimliyini Türk, vətəndaşlığını iranlı, Bölgə mənsubiyyətini Azərbaycanlı diyə adlandırar. Azərbaycanca, Azərbaycan dili və Türkcə həmən həmən heç Azəri qullanımına isə çox az rastlanmaq olur.
Quzey Azərbaycan’da isə Durum fərqlidir.
Dilin təməlı eyni olmasına rağmən 50 ildən bəri Sovet Azərbaycanı’nda israrla Azərbaycanca və Azərbaycan dili qavramları qullanılır. Türki, Azərbaycan Türkcəsi, Azəri Türkcəsi və Azərbaycanlıların Ana dillinin Türk dili olduğunu açıqca göstərən hər türlü tərim bir tür tabu olmuş, kağaz üzərində olmasa bilə pratikdə yasaqlanmışdır. Türkcə sözü isə sadəcə Türkiyə Türkcəsi üçün qullanlır. Azərbaycan’canın Türk dili ailəsinin bir parçası olaraq göstərilir və Azərbaycanlılar da Türkmənlər, Özbəklər, Qazaqlar, Tatarlar vs kimin Türk dilli Ulusları olaraq göstərilməsinə rağmən bu gərçəyi dəyişdirməmişdir. Düşünüldüğü kimin qonu bilimsəllikdən çox siyasi boyut qazanmış ancaq bəllı olduğu kimin istalin zamanindan tabu halinə gətirən bu qonuyu bilimsəl olaraq çörüdəbiləcək bir çoxu tarixsəl və bilimsəl gərçəklər vardır.
əskı zamandan bəri Azərbaycan’ılar və gənəl olaraq iran Türklərinin əksəriyyətinin dili Türki, Türkcə vəya 19 ci yüz ilin ikinci yarısından bəri Azərbaycan Türkcəsi (Türkisi) olaraq adlandırılmışdır. Bildindiği üzərə tarixdə Azərbaycan’ca yoxsa Azərbaycan dili qavramları nə Ulus və nədə şairlər və yazarlar tərəfindən qullanılıb mənimsənməmışdır.
Örnək üçün Füzuli Divanının Ön sözündə yazır: bir müddət Türki və Ərəb şer və Farsi Qəsidə və tapmaca yazmaqla məşğul oldum. Ginə Füzuli bir başqa yerdə deyir:
Ol Səbəbdən Farsi ləfziylə çoxdur nəzm, kim
Nəzm-ı Nazik Türk ləfziylə ikən Düşvar olur.
Məndə tofiq olsa bu Düşvarı Asan Eylərəm,
Novbahar olgac tikandan Bərg-i Gül izhar olur.
Azərbaycan Türkcəsinin ilk çağdaş Sözlüklərində və dərs kitablarında da bu dil Türki və Türk- Tatar Dili diyə adlandırılmış. Mirza Fəthəli Axundzadə 1859 ci ildə yayınlanan Təmsilat adlı kitabından yazır: Təvəqqö edirəm ki, sən də mənim kimin, Adəmi Türki dilindı Adam yazasan, ‘Toxmi’ Toxum, ‘Cyft’i cyt, ‘müqəyyəd’i muğəyəd, ‘Ovrad’i arvad vs habelə özgə Əlfaz ki, Xəvas və Avamın istimalında müştərəkdir. Mriza Əli Əkbər Sabir(1862-1911) də hər yerdə Türki və Türk qavramlarını qullanmışdır. O Azərbaycanın milli Qəhrəmanı Səttar Xan üçün yazdığı şerində deyir:
Ta ki millət Məcnunin Tehran’da viran etdilər,
Türklər Səttar Xan ilə Əhd-ü peyman etdilər.
Yoxsa
Iştə Səttar Xan, Baxın iran’ni Ehya eylədi,
Türkülük, iranliliq təklifini ifa eylədi.
Çağdaş Azərbaycan Ədəbiyyat tarixinin banisi feridun Bəy Köçərli və Azərbaycan kömünist partisinin qurucularından, AzSSC’nin ilk Cumhurbaşxanı Nərmin Nərminov heç bir yerdə Azərbaycan’ca Qavramını qullanmamışdır. Örnək üçün N.Nərminov yazdığı iki kitabda başlıq olaraq yazır: Türk Azərbaycan dilinin muxtəsər Sərf-Nəhvi(Bakı 1899) və Müəlimsiz Türk dilini Öyrənməkdən Ötrü Ruslar üçün Asan kitablıqdır(Bakı 1900). Sovet Azərbaycan’ının Adlım Dilçilərindən Prof.Dəmirçizadə də Muasır Azərbaycan dili(Bakı 1972) kitabinin ön sözündə yazır Azərbaycan dili dediğimiz Dil uzun sürə Türki, Türk dili, Türkcə, Azərbaycan Türkcəsi adlarilə tanınmış və Rus dililə yazılmış bəzi yapıtlarda bilə Qafqaz – Tatar Azərbaycan dili anlamında qullanılmış. əlbəttə uzun sürə dəyil də tarix boyunca Türkcə adlandırılımış ancaq 1930lu illərdə Türk və Türki ifadələri siyasi nədənlərə Görə Sansüra uğramışdır. Ancaq bizə elə gəlir Azərbaycan’ca və Azərbaycan dili Qavramları çox da tuturalı dəyildir.
Dr.Cavad Heyət’in də bu il Tehran’da çıxan kitabinda yazdığı kimin Azərbaycanca qavramı ilk Gramer olaraq yanlışdır, o nədənini dilləri Ərazi və Coğragfı olaraq Adlandırma dəyil ilgili millət və kimliyə Görə adlandırmasını doğru görülməsini söyləyir. örnək üçün Ruscaya dəyil Rusca, Almancaya Dəyil Almanca, Məcarcaya dəyil Məcarca deyilir. Bu nədənlə Azərbaycanca dəyil Azəri demək gərəkirdi!
Ikinci olaraq Azərbaycan’ca yoxsa Azərbaycn Dili bu dilin Türk dili olduğunu bəlirləməməktədir. Örnək uyğun olmaya bilir fəqət Ərəbcə yerinə Mısırca, Ürdün vəyda Suudi Ərəbistanca qavramları qullamaq doğru olmazdı, halbuki Ərəbcənin bu şivələri arasında da bir büyük fərqlıklər vardır.
Bəzilərinə Görə bu Dili adlandırmaq üçün Azərbaycan sözcüyünə ‘Ca əkini əkləmək doğru dəyildir. Bunun nədənını bu qrup iran’da Azərbaycan dışında var olan Türklərı və Türk əyalətlərı olaraq göstərməktədirlər, eyni şəkildə Türkiyə və iraqda yaşayan milyonlarca eyni yoxsa çox bənzər Türk ləhcəsində danışan Nüfuslu Topraqlar vadır.bu dilə Azərbaycan’ca Demək Azərbaycan Sınırlarının dışında yaşayan fəqət eyni Türk ləhcəsini danışan Topluluqları inkar etmək olur.
Başqaları isə Azərbaycan’nın Türkləşməsində öncə burada Türk dili və ləhcələriylə heç ilgisi olmayan dil və ləhcələrin danışıldığını xatırladır və eyni zamanda deyirlər ki günümüzdə Azərbaycanda yaşayan bəzı azınlıqların Ana dili Türkcə ilə heç ilgisi yoxdur. Bu tepkilər nədənilə Azərbaycan Dili və Azərbaycan’ca deyilən dil açıqca bəllı olmur.
Bu tepkilər və eleşdirilrədən anlaşılır ki Sovet Azərbaycan’ında yayqın və Tuğralı olduğu şəkiliylə Azərbaycan’ca və Azərbaycan Dili termləri çeşidli Nədənlərdən dolayı saqıncalı və yanlışdır.
Ötə yandan bəzılərı Azərbaycan və Türkiyə ləhcələri də bir ortada gənəl Türk dilinin bu və ya başqa ləhcəsinə gənəl olaraq Türkcə, Türk Dili və Türki deyilməsinə yetərsiz görməktədirlər. Doğrusuda Türk Dilinin ləhcələri çeşidli Tarixi, coğrafı və siyasi nədənlər təməlındə o qədər bir birindən fərqli iləriləmiş ki bundan ləhcə fərqlığı bəlirlətməmək diqqətlərdən uzaq olur. bu nədəndən Anlaşılan, Dilin həm Türklüğü həmdə ləhcə özəlliklərini bəlirlətmək üçün Azərbaycan Türkcəsi, Azəri Türkcəsi, Azərbaycan Türk Dili və ya Azərbaycan Türkisi qavramları daha doğru ola bilir. Tarixdə də fars və Ərəbcənin Qaşırından Türkcə və Türki eyni zamanda onu Türkcənin başqa ləhcələrində ayrıd etmək üçün Oğuz Türkcəsi, Səlcuq Türkcəsi, Azərbaycan Türkcəsi vs şəkilində də adlandırlmışdır.
هیچ نظری موجود نیست:
ارسال یک نظر