۵/۱۰/۱۳۹۱

Sanal Türk Dili Qurumu Qurulmali mi?


Umud Urmulu
Uluslaşma Sürəcində Dilin Rolu çox böyük olub və önəm Daşıyır, başqa deyişlə Dil və Uluslaşma sürəci Dil bilincindən keçər. Dünyada Böyük Əkincsəl Devrim və Dönüşümlər Dill Bilinci Üzərindən Gərçəkləşmiş və Gərçəkləşməkdədir.  
Güney Azərbaycan və iran sınırlarında bulunan Türk Ulusu neçə il bundan öncədən yenidən Canlanan Ulusal Oyanışı sonucunda çeşidli yönlərdə iləriləməkdədir, eləcə Türkcə qonusunda Sanal ortamda Türkcəni qorumaq və Türkcə yazıb- oxumaq gələnəyini yenilənməsi üçün bəzi insanlarimiz tərəfindən addımlar atılmışdır.
biz Türklərdə Ulusal Oyanış və Öz haqqlarımıza Qovuşma yanlız Türkcə üzərindən keçməlidir, eləcə Türkcə yazmaq və Türkcənin yenidən Canladırmaq üçün Hamımız qollarımızı Sıvamalıyıq, yoxsa Türkcə Bilinci olmadan Güney Azərbaycan Öz Bağımsızlığını əldə etsə bilə Düşünsəl və təməl olaraq fars dilinin Düşücə sınırlarını Aşamayacaqdi, fars Dilinin sınırlarını Aşıb və Türkcə Düşünməyə başlamaq üçün Türkcəmizlə çox ilgilənməliyik. 
iranda Türkcəmiz Tuğralı (rəsmi) bir dil olamdiği üçün heç bir Tuğralı və Qamusal alanda işlədilməməıkdədir, ötə yandan Türk Dilini qorumaq, gəlişdirmək və Güncəl Sorunlarini çözmək üçün heç bir Turğalı Örgüt olmadığı üçün Türkcəyə Gönül verənlər və yeni Türkcə öyrənənlərin önündə çox sayıda sorunlarlar bulunmaqdadır. Türkcəni gəlişdirmək və yazı Qurallari yenidən Gözdən keçirmək, Güncəl sorunlari çözmək  üçün keçmiş illərdə yanlız Varlıq Dərgisi və Dil qurultayından tartışılan qonular dışıdna heç bir bilimsəl çaba Olmamışdır.  
Çağımız medya çağıdır, Dilimizdə bir Güclü Görsəl medyaya sahib olmadiği üçün farsca Sözcüklərin ağır basqısı altındadır, farsca dışında Bilim alanlarında bilə Türkcəmiz bugün yetirsiz bir durumdadir.
Insanlarimizin çoxu latin Türkcə və ingilizcə bilmədikləri üçün Sanal ortamda olan çox sayıda bilimsəl Qaynaqlardan yararlana bilməmədədirlər, eləcə bir Tuğralı Örgütdə Türkcəmizlə ilgilənmədiği üçün yeni nəsil Gənclər və Türkcəni yeni öyrənənlər çaş baş qalmaqdadırlar.
Bu sorunu çözmək üçün nə etməliyik?
Dünyada Dil Qurumlari Dili yad Sözcüklərdən Ardındırmaq, Güncəl sorunlarini çözmək və Dil üzərindən Araştırmaq üçün yaradılır. Öz Ulusal Dövlətimiz olmadığı üçün və iran dövləti Türkcəni bir yad dil saydığından Dolayı Yasal və gərçək olaraq bir Türk Dili Qurumu yaradmamız imkansizdir ancaq sanal olaraq bu iş olabilir. Türk Dili Qurumu yaradılması Güney Azərbaycanin Bağımsızlığı, iran içində olması yoxsa Federal bir yapıya sahib olmasila dirək olaraq ilgili dəyildir ancaq etgilidir. Güney Azərbaycan və iran sınırlarında bulunan Türklər yaxın və orta gələcəkdə siysi olaraq hər bir başarıyı əldə etsələr yoxsa etməsələr bilə buna bağlı olmayaraq Türkcəmiz yaşamalıdır və yaşayacaqdır, iranda Türk kimliyi yaşadığı sürəcdə Türkcəmzidə yaşayacaqdır, ancaq Türkcənin sorunlarını çözmədən və onun qarşısnda olan yetərsizliklərını aşmadan Türkcə ölü bir dilə çevrilcəkdir. 
Çağımızda bir Dövlət Gücü olmadan bir Dili qoruyub, gələşdirib və Güncəl Sorunlarini çözmək çox zordur ancaq bizdə bir dövlət olmadığı dolayı Görəv bireylərdə və ən önəmli görevi Türk Aydınlari, Yazarlar, Qoşarlar, Öyrəncilər və bir sözlər Türkcəmizə Gönəl verənlərdədir.
Sanal Tük Dili Qurumu nə Etməlidir?
Qıssa sözdə Gərçək Dünyada Türk Dili Qurumunun yaradılamsı üçün birinci addımlar atıb və alt yapısını oluşdurmalıdır. Bu iş ortaq olmalıdır və Türkcə Akademik bilgi sahibi olan bir neçə insanimiz yoxsa Türkcəyə Gönəl verən insanlar sanal olaraq bir araya gələrək bu yolda addımlar atmalıdırlar, bir sitə yoxsa birinci addımlar üçün Blogger.com da yaranan bir veblogda işlər yörütülməli. Amac latin Türkcə bilməyən ancaq Türkcə yazıb oxumağa maraq göstərən insanlarımıza bilgi sunmaqdır, ötə yandan Türkcəilə ilgili tartşımalar bu alanda olmalıdır. Sosyal Facebook Düşürgəsində (sitə) Degi qurupu az çox bu yöndə çalışmalri var, ancaq Facebook düşərgəsi iranda yasaq olduğu üçün çox sayıda insanimiz bu bilgilərdən yararlana bilmir, və Degidə daha çox yad sözcüklərə dilimizdə olan əski sözlərı önərilir ancaq Türkcəni gəlişdirməyin və Qorumağın bir yönü Türkcənı yad sözcüklərdən arındırmaqdır.  ötə yandan bir ortaq düşərgənin var olması işlərın daha Düzənli bir ölçüdə yörütülməsini sağlayıb və bir bilgi qaynağını dönüşər.    
Sanal Türk Dili Qurumu çox böyük addımların ilkələrini bugündən ata bilir yetər ki Türkcəmizə Gönül verən insanlar bu iş üçün Qollarını sıvasınlar. 

هیچ نظری موجود نیست:

ارسال یک نظر