Bu yazı Dégi Qrupunun birinci il Doğumu üçün yazılmışdır
Dil, bir Ulusun Ortaqlığı, Bir Toplumu Ulus Qonumuna Gətirən Bağın Ən Güclüsü, Bir ilətişim Aracı olaraq ilətişim sonucunda Doğan əkinc(Kültür) Elmanlarını Nəsildən Nəsilə Geçişini Sağlayan, Toplumun Gələnək və Yaşam Fəlsəfəsini Yaşatan, Ulusu Ulus Yapan və bir Ulusun Özəliklərını Qoruyan və Son olaraq Dil Bireyləri Ulusuna, Geçmişinə və Gələcəyinə Bağlayan ən önəmli Bağlardan birisi sayılar.
Neçə il bundan öncədən Yenidən Canlanan Ulusal Oyanışımız bugün çox çeşidli yönlərədə irəliləməkdədir, bunlarından birisi Ana Dilimiz Türkcəyə özən Göstərən insanların Toplum və sanal dünyasında artması olmuşdur. Eləcə bugün hər bir Türk insani Yaşadığı şəhərin köçə və bölgəsində Türkcə Adlar, Damğalar vs’ın Yayqın olduğunu Görməkdədir, bu tür Dilsəl Gəlişimlər yanlız Ulusal Bilincin Yüksəlişinin Göstərgəsidir. Sanal ortamda bu işin önündə daha az əngəl olduğu üçün daha yayqınlaşmışdır, bugün çox rahatlıqla hər bir Türk gənci bir blog açıb Türkcə Görksöz (Ədəbiyyat), Xəbər, Görüntü, film, kişisəl maraqlar vs paylaşmaqdadır. Eləcə bugün Facebook, Twitter, Friendfeed, Myspace, Netlog və minlərcə dünya çapında böyük sosyal Ağlar yaranmışdır, bunlar içində Dünyada olduğu kimin facebook sitəsi Güney Azərbaycan və iran sınırlarında bulunan Türklər arasında daha çox tanınmış və qullanılmaqdadır. Facebookda bilindiği kimin çeşidli amaclarla yaradılan Türkcə quruplar bulunmaqdadır, bunlardan birisi Sayın Mehan Baharli bəyin öncülüğündə yaradılan Dégi Qurupudur. Dégi Qurupun amacı Türkcəmzidə Sıxca işlədılən Farsca, Ərəbcə və Avropa kökənli kəlmələrə Qarşılıq sunup Sanal ortamda tartışmaq, incələyip dəyərləndirmək bəlirlənmişdir, eləcə Sanal Dünyasında Güney Azərbaycan və iran sınırlarında bulunan Türklərin TDQ (Türk Dili Qurumu) olaraq bu yöndə balaca, bəlli və sınırlı ölçüdə addımlar atmışdır və Atmaqdadır.
Dégi kimin qurupların yaradılışı Türk Aydınlarının Türkcəni qorumaq , Doğru Düzgün yazmaq, Türkcə gələnəyini yenidən Canlandırmaq, Türkcəni bir Görkül (Ədəbi) dil olduğunu gəncə nəsilə Göstərmək və bir Sözlə Türk Aydın və Düşünürünün Düşüncəsində yeni Kök salan Türk Dil Devriminin ip uclarının bir Göstərgəsi olduğunu Düşünməkdəyəm , bu Devrimçi Düşüncə Türkcəyə Gövənərək birinci illər boyu farsca yazan və farsca düşünən Türk Aydınlarına bir mesaj Sonmaqda, ötə yandan Türk Toplum və Türk Gəncinə Türkcə yazmaqda daha Özgüvən Sağlamaqdadır. Aydınlar Toplumu yönverməklə adlımdılar, Türk aydını 100 ilə yaxın farsca düşünüb və farsca yaratdığından dolayı istər istəməz fars toplumun və bir gənəl anlamda iran Uluslarına Yönvermişdir. Bəlkə farsca düşünüb və farsca yazan Türklərın içərisində baramaq sayıda yanlız Türkcəyə özən göstərən və Türkcə düşünün insanimizi saymaq olur, bunlar Türkcəmiz yasaq olduğu dönəmlərdə könüllü olmadan özgə dil olaraq farsca yazmaq zorudna olsalar bilə ancaq həmişə Azərbaycan, Türk Ulus və Türkcəyə Önəm Qatıb və Qatqıda bulunmaq amacıyıla yolu çıxmışlar.
Déginin yaradılışı farsca düşünən və yazanan Türk Aydınlar dışında Güney Azərbaycan və iran sınırlarında bulunan Türklərın Sanal ortamda Qullandıqları Görüksüzdə etgisi Sınırlı ancaq Qaçınılmaz olub, eləcə üç – Dörd il bundan Öncə bizim sanal siyasi Görüksüzümüzdə Sayın diyə bir Sözcük və qavarm Görülməməkdəydi ancaq bugün bu və buna Oxşar sözcüklər Dégnin etgilərindən birisi olaraq Görülməkdə və Qullanlmaqdadır. Ötə yandan Dégnin Türk yazar və Qoşarlarda Etgisi bəlkə indi dilədiğimiz qədər böyük Ölçüdə olmaya ancaq bu bir Dil Devriminin Başlanqıcıdır və gələcəkdə böyük addımlara yol açacağını düşünürəm, Böyük Amaclar Balaca Addımların sonucudur. Asimilasyon Siyasətilə qarşı qarşıya olan Uluslarda Dildən Başlayan Dirəniş Örnəkləri Dünayda az dəyildir, iran sınırlarında Bulunan Türk Ulusuda çeşidli yönlərlə bu tür Dilsəl Dirənişini Göstərməkdədir, bir zaman Azərbaycan Sözünün Ərəb Abecesilə necə yazılması, Türkcənin yabancı sözcüklərdən Ardındırması, Türk Dili-Ötək və Kimliyini mənimsəyib və daha Güvənlir bir Duruma gəlməsi bu Ulusal Dirnişin Örnəklərindən sayıla bilir.
Grəçək Dünya Sınırlari bəlli olsa ancaq Sanal Ortamda sınır diyə bir Qavram söz qonusu dəyildir, Dégidə çox Sayıda Quzey Azərbaycan və Türkiyə Türklərindən bulunmaqdadır. Türkiyənin Türkcədə Durumu ortada və Yoruma gərək yox ancaq Quzey Azərbaycanda Üzülərək bir dövlət olub ancaq Türkcənin bu qədər Yetərsiz və Eybəcər bir dil durumuna Gəldiğini Düşünmək çox zor. Quzey Azərbaycanda Dövlət yoxsa Ulus Türkcəmizə nədən Özən Göstərməyib və onun bəslənməsi, Qoruması, Yanlışların Dözəltilməsi vs yolunda bir addım bilə atmayıb və atmamaqdadır? Çağımızda bir Dilin Qorunması üçün Dövlət Gücünün olması bir Qaçınılmaz təməllərdən sayılır, ancaq Quzey Azərbaycan dövlətinin Türkcəyə önəm verməməsi bu dövlət yapısının Türk Düşüncəsindən yoxsun olduğunun göstərgəsidir. Quzey Azərbaycanda Türkiyə seryallarini bir daha TVdə Göstərildiği zaman onu Türkcmizə Dövlət tərəfindən “Azərbaycanca” yoxsa “Azərbaycan Dili” dedikləri Dilə çevirərk Yeni bir Gülünc və Düşünüləməz işə imza atmış olurlar. Sizcə Türkiyə Türkcəsinin Azərbaycanda yayılması Nədən Quzey Azərbaycan dövlətinin Xoşuna Gəlməyə bilər? Bu Düşüncə Rus və fars Sömürgəçi anlayışı ola bilərmi? Quzey Azərbaycanli Qardaş-Bacılarımızla sanal ortamda danışdığımızda onlar Güney Azərbaycanli Türklərin Türkiyəliləşdiğini və Türkiyəlilər kimin Danışıb, Düşünüb və davrandıqlarını söyləyirlər. Bu Sözün gərçək və yanlış yönlərı vardır, Güney Azərbaycanli Türklər və eləcə iran sınırlarında bulunan Türklər Türkiyə Türkcəsi, Türkiyənin bölgə və Dünyada yürütdüğü Siyasətin, Türkiyənin Seryallarinin, Türkiyənin Türkçülük Düşüncəsi, Türkiyənin Demorkasi Anlayşının və elcə Türkiyəni ilgiləndirən hər bir alanldan Dirək yoxsa dolayılı yollardan etgiləndiği kəsindir. Bugün şəhərlərimizin bir çoxunda peyklə yüzlərcə Türkiyə TVsi Türk Ailələr tərəfindən Görülməkdədir, eləcə mənim Öz ailəmdə bugün 8-15 yaşındanki uşaqlar Türkiyə Türkcəsini yaxşıca anlayıb və bəzən latincə yazma imkanlari Görülməkdədir, bu Türkiyənin dolaylı yollardan bizdə olan etgisidir. Ancaq sözün yanlış bölümü isə bizim Öz varlığımızı unutmaq və bir Türkiyəli kimin olmaq dəyildir, tərsinə biz Öz Ana Dilimiz Türkcə, Türk kimliyimiz, Vətənimiz Azərbaycani Düşünərək bəlkə Küsrəsəlləşmə Qavramının bir Tünü içərisində Türkiyədən bu üç Ulusal ilkəmizin qorunamsı və Yüksəlişinin Yolunu öyrənməkdəyik. Quzey Azərbaycan da danışalan “Azərbaycan Dili” Yoxsa ”Azərbaycanca” bugün bizim Türk Gəncimizə Örnək ola bilməz, nədən soruşarsız? Balaca Anlatarsam Bu dilin Bizim Gəncimiziə nə verəbiləcəğini yaxşı Düşünməliyiq. Əyər bir ortaq Ədəbi, Bilim vs qonularında yazı birisi Azərbaycanca yoxsa Azərbaycan dilində və o birisi Türkiyə Türkcəsilə yazılırsa sizcə Güney Azərbaycanli və iran sınırlarıda bulunan Türk Gənci üçün hansı daha maraqlı və daha etgili ola bilər? Dil haqqıdna bu soruyu düşünən hər hansı bir insan nədən Quzey Azərbaycanda işlədən dilin Güney Azərbaycan üçün Örnək olamayacağını düşünməlidir. Bu Dil bugün çoxlu baxımlardan Yetərsizdir Türkdil bilgisi baxımından bizə örnək olabiləck durumda dəyildir.
Türkiyə Axsaqlarıla birlikdə hər bir alanda Dünya İstandartlarina Uyğun olamq yolundan addım atmaqdadır, Üzülərək bu olay Quzey Azərbaycanda Görülməməkdədir. Bu gün hansı dəyərli Seryal, hansı yeni və gənc nəsil üçün yaradılan musiqi, hansı Demorkatik Anlayış, Hansı Türkçü Düşüncə və Davranış vs Quzey Azərbaycandan Örnək ala bilərik?
Türkiyə Türkcəsi çox Baxımdan bugün Türk Dilini təmsil edən bir Qonumdadır və önümzdəki illərdə Türkiyənin bölgə və Dünyada Gücləndiğilə birlikdlə Türkiyə Türkcəsi Dünya Uluslararası dillər içərisində Önəm qazanacağı bir duruma gələcəyi öngörüşündəyəm, Türkiyə Türkcəsinin nə qədər Dünyada önəm Qazanamsı Eş anlamlı olaraq Türk dilinin önəm qazanamsı deməkdır. Quzey Azərbaycanda işlədilən dil kəsinliklə 20 ildə Göstərdiği Tavır və Düşüncəilə bu yolda bir addım atamaz, bunun çox sayıda nədəni var. Güney Azərbaycanda bir dövlət olmadığından Dolayı bizim üçün ən yararlı olay Türkiyə Türkcəsinin Dünyada önəm qazanamsı yolundan geçir.
Bu Sıralar Déginin Bir yaşını Qutlayacayıq, Dégidən bu bir il içərisində hamımızın Öyrəndiği Türkcə Sözcük sayısı az dəyildir, bu əməklərə dəyər vermək gərəkir. Mən Öz adıma bu bir il içərisində Dégidə Türkcəmizə Əmək verən hər bir arxadaşımıza verilən əməkdən dolayı Sağ olsun diyərək Can Sağlığı Diləyirəm.
Türkcəmizin yaşanması ve yaşatılması, Ötəkimizin və kimliğimizin yaşaması Deməkdir.
Sayğılarımla Umud Urmulu
هیچ نظری موجود نیست:
ارسال یک نظر