‏نمایش پست‌ها با برچسب Şer. نمایش همه پست‌ها
‏نمایش پست‌ها با برچسب Şer. نمایش همه پست‌ها

۲/۲۷/۱۳۹۳

Urmiye’də Türk aşıq şerinə əmək verəm Roben Yəqubiyan

Yazar: Əhməd Əsədi
Roben Yaqubiyan (1948-2014)
Urmiye’də Aşıq şeirimizdə çalışan erməni şair Roben Yəqubiyan`in ölümündən 40 gün ötdü...
Roben Yəqubiyan Güney Azərbaycanın Urmiye şəhərinin Naxcıvantəpə kəndində, 1948-ci ildə dünyaya göz açmışdı. O aşıq şeirinə ilgi bəsləyərək bu bölümdə çoxlu yapıt(əsər) yaradmışdır. Robenin təkcə oğlu illər öncə vəfat etdiyi gündən bəri , Münzəvi duruma gələrək ,yalqız və yalnız bir yaşam sürdürməkdə idi. 
Urmiye’li Robenın Şeirlərində ikisi:
Öyrən pərvanədən
Şükür olsun yetdim payi saqiyi meyxanədən
Mey badəsin sər çəkmişəm məst oldum peymanədən
Məst-i çeşmi yar sırrını mən soruşdum bülbüldən
Bülbül dedi mən naşıyam, get öyrən pərvanədən
***
Pərvanə tək eşq oduna bu canım biganədi
Öz ölkəmdə qərib oldum, dörd yanım biganədi
Ölüb bülbül, köçüb bayqu, məkanım biganədi
Gecə-gündüz ban çəkirəm bayqu tək viranədən
***
Viran oldu könlüm evi, batdım möhnət bəhrinə
Bir sonanın sevdasında düşdüm qəmlər nəhrinə
Aşna yarım döndü yada, yandım hicran qəhrinə
Dəli könlüm qeys kimi üzülmür cananədən
***
Cananının fəqir `sevan` çox çəkibdi cəfasın
Fərhad kimi canın qoyub, görməyib yar vəfasın
Bu fənanın hətta bir dəm sürməyibdi səfasın
Gələn gündən sitəm görüb kəsiblər qəmxanədən

Dar oldu
Fələyin əlindən gəldim zinhara
Gen dünya başıma dar oldu dar dar
Murğ-i könlüm ərz-i vüsal eylədi
Qismətim dalında xar oldu xar xar
***
Eşqin sevdasına düşən aşiqəm
Vüsalə yetməyən coşan aşiqəm
Eşqin atəşində bişən aşiqəm
Pərvanəyəm sevdam nar oldu nar nar
***
Biçarə `sevanam` çox çəkdim zəhmət
Murada yetmədim, görmədim ləzzət
Ömrü bada verdim, səbəbi qəflət
Sonunda məskənim qar oldu qar qar
Qar= zağa

۹/۰۹/۱۳۹۲

Urmiye Aşıq havaları Türkce qoşuq’da

Latin Türkcə yazımı: Umud Urmulu
Güney Azərbaycan, Urmiye: Urmiye’li Türk qoşar Mahmıd Şamı Urmiye Aşıq məktəbinin 72 havsını Türkcə bir qoşuqda bir araya gətirmiş.
Oxu aşıq oxu şərqi, Taciri
Gözəlləmə Təcnis, Divan havasın
Misri, Siyastapul, Dilqəm, Hələbi
Bəhməni, Qurbəti, Hicran havasın
Oxu Aşıq, Qəreyni, Pənahi
Cəmşidi, Gəraylı, Segah, Əkbəri
Qərəçi, Çindvar, Şərur, El köçdü
Dübeyt, Araz barı, Muğam, Həştəri
Oxu Aşıq, Cəngi Koroğlu
Sulduzu, Cavadı, Xaça Xaldarı
Yanıq kərəm, Qarsı, Dəstan, Döşəmə
Paşam köçdü, Nəsrüllahı, Əfşarı
Oxu Aşıq, Xan Çobanı, Zarıncı
Qələndəri, Duraxanı, Dikdaban
İrəvani, Şah ismail, Nəmdi
Leyli Məcnun, Göyçə gölü, Qəmərcan
Oxu Aşıq, Tərəkəmə, Şikəstə
Şəkəryazı, Nəxcivani, Səmahi
Qəhrəmani, Hərbə Zorba, Möhtərəm
Şahsevəni, Qarabağı, Əmrahı
Oxu Aşıq oxu, Dərə dolduran
Ruhani, Qoçanı, Şaqı, Şirvani
Sarı tel, Keşişoğlu, Qəcəri
Hərati, Cəlili, Elyaz, Irfanı
Oxu aşıq, oxu ağızların var olsun
Şamiyəm, şairəm söz aşıqıyəm
Çal oxu dinləyim sazla sözünü
Mən Azərbaycanın öz aşıqıyəm.
Urmiye Aşıq məktəbinın baqşa havalarıda var olmaqdadır, örnək üçün:
Urmiye Gözəlləməsi, Osmanlı, Avçı Geraylısı, Göycə Gözəlləməsi, Həmədan Gəraylısı, Kəsmə Divan, Dol hicranı, Gülşəni və ..